Abşeron Ticarət Mərkəzi

Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis

Abşeron Ticarət Mərkəzi
Ə/h razılaşma ilə
3523
Tam iş günü
Bakı, Azərbaycan
05/02/2026 - 19/02/2026

İş haqqında məlumat

  • “Abşeron Ticarət Mərkəzi” MMC-nin (bundan sonra “Cəmiyyət” adlandırılacaq) layihələrinin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarını planlaşdırmaq və icrasını təmin etmək;
  • Marketinq sahəsində əməkdaşlıq ediləcək kreativ agentlikləri seçmək, müqavilələri bağlamaq və onların fəaliyyətinə nəzarət etmək;
  • Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasını hazırlamaq, icrasını və effektivliyini təhlil etmək;
  • Brendin bazardakı mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə marketinq kommunikasiyalarının effektiv və uyğun formada icrasına nəzarət etmək;
  • Sosial media platformalarında (Facebook, Instagram, TikTok, Linkedin, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Reklam, çap, tədbir təşkili, dizayn və digər marketinq xidmətləri göstərən tərəfdaş şirkətlərlə əməkdaşlığın qurulmasını təşkil etmək və əlaqələri səmərəli şəkildə idarə etmək;
  • Marketinq kommunikasiyaları üçün ayrılmış büdcənin səmərəli idarə edilməsini təmin etmək və investisiya qaytarılışının (ROI) maksimuma çatdırılmasını təmin etmək;
  • Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrini təhlil etmək və optimallaşdırma məqsədi ilə inkişaf strategiyaları təklif etmək;
  • Cəmiyyət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilmək;

Tələblər

  • Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflər hazırlanmaq;
  • İdarəetmə orqanı tərəfindən müəyyən edilmiş aralıqlar üzrə və tələb olunduğu təqdirdə hesabatların hazırlanmasının təşkil və təqdim edilməsini təmin etmək;
  • Cəmiyətdə tətbiq olunan korporativ xarici görünüş qaydalarına riayət etmək və münasib davranışlara əməl etmək;
  • Yanğın təhlükəsizliyi və təhlükəsizlik   texnikası qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   etmək;
  • Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək və intizam qaydalarına və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.