Bakı,
Azərbaycan
01.05.25
-
01.06.25
İş haqqında məlumat
- Qrupun kommersiya məqsədlərinə və ayrı-ayrı şirkətlərin hədəflərinə uyğun olaraq kompleks marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Bütün biznes vahidləri üzrə brend kimliyinin formalaşdırılması və gücləndirilməsi, məhsul və xidmətlərin fərqliliyinin vurğulanması ilə yanaşı brendin vahidliyinin təmin edilməsi;
- Bazar araşdırmalarının və rəqib təhlillərinin aparılması, yeni bazar imkanlarının, trendlərin və müştəri tələblərinin müəyyən edilməsi;
- Çoxkanallı marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi (rəqəmsal, çap, tədbirlər, sərgilər, PR və s.);
- Marketinq materiallarının hazırlanmasına nəzarət (broşürlər, məhsul kataloqları, rəqəmsal kontent, təqdimatlar, vebsayt məzmunu və s.);
- Rəqəmsal marketinq kanallarının inkişafına və idarə olunmasına rəhbərlik etmək (sosial media, vebsaytın optimizasiyası, SEO/SEM, onlayn reklam və s.);
- Marketinq büdcəsinin idarə olunması, resursların səmərəli istifadəsinin və fəaliyyətlərin ROI-yə əsaslanmasının təmin edilməsi;
- Marketinq təşəbbüslərinin əməliyyat imkanları ilə uyğunlaşdırılması məqsədilə satış, istehsal və logistika komandaları ilə sıx əməkdaşlıq;
- Yeni məhsulların bazara çıxarılması və yeni bazarlara girişdə hədəflənmiş marketinq strategiyaları ilə dəstək göstərilməsi;
- Əsas tərəfdaşlar, media, agentliklər və digər maraqlı tərəflərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Marketinq KPI-larının izlənilməsi və rəhbərliyə mütəmadi hesabatların hazırlanması;
- Medical insurance;
- Lunch.
Tələblər
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
- Marketinq sahəsində, xüsusilə kənd təsərrüfatı, qida istehsalı, FMCG və ya əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi;
- Marketinq strategiyaları və kampaniyalarının hazırlanması və icrası sahəsində sübut olunmuş təcrübə;
- Brend idarəçiliyi, rəqəmsal marketinq və bazar araşdırmaları üzrə dərin biliklər;
- Azərbaycan və İngilis dillərində əla kommunikasiya bacarığı; əlavə dillər bilmək üstünlükdür;
- Marketinq alətləri, CRM sistemləri və rəqəmsal marketinq platformaları ilə işləmək bacarığı;
- Güclü layihə idarəçiliyi bacarığı, çoxsaylı prioritetləri idarə etmək qabiliyyəti;
- Nəticə yönümlü, analitik düşüncəli və performans göstəricilərinə fokuslanan yanaşma;
- Yaradıcılıq, detallara diqqət və problemlərin həlli bacarığı.