Silent Park MTK

Marketinq Meneceri

Silent Park MTK
Ə/h razılaşma ilə
368
Tam iş günü
Bakı, Azərbaycan
05/03/2026 - 19/03/2026

İş haqqında məlumat

Şirkətimiz tikinti layihələrinin marketinq fəaliyyətini strateji səviyyədə idarə edəcək, brendin inkişafını təmin edəcək və satış komandası ilə koordinasiyalı işləyəcək peşəkar “Marketinq Meneceri” axtarır.

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Tikinti layihələrinin tanıtımı üçün marketinq kampaniyalarının planlaşdırılması və icrası;
  • Rəqəmsal marketinq, sosial media, reklam və PR fəaliyyətlərinin idarə olunması;
  • Müştəri seqmentlərinin müəyyənləşdirilməsi və hədəfli marketinq strategiyalarının hazırlanması;
  • Satış komandası ilə birgə layihə bazarında satışları dəstəkləyən marketinq tədbirlərinin həyata keçirilməsi;
  • Marketinq büdcəsinin idarə olunması;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının təhlil edilməsi;
  • Reklam və PR agentlikləri ilə əlaqələrin idarə olunması;
  • Marketinq fəaliyyətinin və digər göstəricilər üzrə analizi və rəhbərliyə hesabatın təqdim edilməsi;
  • Brend imicinin qorunması və inkişaf etdirilməsi.

İş barədə məlumat:

  • Sektor: Tikinti 
  • İş rejimi: 6 günlük 
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil 
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi, (tikinti sektorunda təcrübə üstünlükdür)
  • Rəqəmsal (Digital) marketinq, sosial media, SEO/SEM, reklam kampaniyaları üzrə təcrübə
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarığı
  • Kreativ yanaşma və strateji düşünmə qabiliyyəti
  • Marketinq analitik alətləri və programları üzrə bacarıqlar

Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.