Libraff

Marketinq meneceri

Libraff
Ə/h razılaşma ilə
243
Tam iş günü
Bakı, Azərbaycan
08/06/2026 - 22/06/2026

İş haqqında məlumat

  • Şirkətin ümumi marketinq və rəqəmsal marketinq strategiyasının hazırlanması, kvartal və illik planların qurulması və icrasına nəzarət;
  • Sosial media kanalları və digər rəqəmsal platformalarda reklamların idarə edilməsi, həftəlik və aylıq brief-lərin hazırlanması və icrası;
  • Video və vizual kontentin konseptinin müəyyən edilməsi, kontent istehsal prosesinə nəzarət;
  • Şirkətin digital kanalları üçün aylıq kontent planının hazırlanması, bu kontent üzrə büdcə strategiyasının qurulması və reklamların yerləşdirilməsi;
  • Məhsul və kampaniyalar üzrə hədəf auditoriyasının düzgün müəyyən edilməsi, effektiv targetinqin qurulması və reklamların aktiv saatlarının optimallaşdırılması;
  • Sosial media və digər rəqəmsal kanalların gündəlik idarə edilməsi və inkişaf etdirilməsi;
  • SMM komandasının idarə olunması, performansının artırılması və komandanın inkişafı;
  • Story və gündəlik paylaşımların vaxtında və düzgün icrasına nəzarət;
  • Marketinq nəticələrinin “analizi və hesabatların hazırlanması” (müraciət sayı, dönüşüm faizi və s.);
  • Komandanın işinin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət;
  • Görülmüş işlərlə bağlı rəhbərliyə müvafiq hesabatların təqdim olunması.

Tələblər

  • Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Biznes, marketinq, idarəetmə sahəsi üzrə ali təhsil;
  • Analitik düşünmə və təhliletmə bacarığı;
  • Cari marketinq trendlərindən xəbərdar olmaq, kreativ düşüncə;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar