Bakı,
Azərbaycan
24/11/2025
-
24/12/2025
İş haqqında məlumat
- Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etməli;
- Bazardakı boşluqlar əsasında yeni məhsul növlərinin satışını təşkil etməli;
- Bazarda rəqabət qabiliyyətli brend imicini formalaşdırmalı;
- Rəqiblərin trendlərinin, yeniliklərinin və ümumiyyətlə bazar təhlili aparmalı (yerli və beynəlxalq bazarlar);
- Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazrlamalı;
- İstehlakçıların məmnunluq dərəcəsinin ölçülməsi, onların hazırkı və gələcək arzu, istəklərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin yaradılması, brendin yüksəldilməsi;
- Məhsulun satılması üçün sxemlər hazırlamalı;
- Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat verməli;
- Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
- Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsi;
- Marketinq fəaliyyətlərinin analizi və aylıq hesabatların hazırlanması
- Reklam və PR fəaliyyətlərinin koordinasiyası;
- dizayner və satış şöbəsi ilə koordinasiyalı işləmək;
- Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasının hazırlanması, icrası və effektivliyinin təhlili;
- Həftəlik və aylıq foto/video çəkiliş planlarının hazırlanması və idarəolunması.
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV ilə birlikdə mövzu yerinə "Marketinq meneceri (Marketoloq)" yazmaqla "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil
- Təcrübə minimum 3-4 il
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı
- Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı;
- Aktiv, yenilikçi, kreativ, punktual, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
- Satış prinsiplərini bilməli
- Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli
- Yazılı və vizual kontent hazırlamaq bacarığı
- Yaradıcı yanaşma (kreativ)
- Kommunikasiya qabiliyyəti