

Marketinq Meneceri (Prefabrik dəmir-beton məmulatları üzrə)
Betonist
Ə/h razılaşma ilə
334
Tam iş günü
Bakı,
Azərbaycan
15.09.2025 09:57
-
15.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin marketinq strategiyalarını planlaşdırmaq və həyata keçirmək;
- Brendin tanıtımını artırmaq üçün reklam kampaniyalarını hazırlamaq və idarə etmək;
- Sosial media hesablarını və digər rəqəmsal platformaları idarə etmək;
- Reklam büdcəsinin planlaşdırılması və xərclərin izlənməsi;
- Müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər və təkliflər hazırlamaq;
- Yeni məhsul və xidmətlərin təqdimatı və marketinq strategiyalarının hazırlanması;
- Marketinq komandası ilə əməkdaşlıq və inkişafın təşviqi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Tam ştat;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı;
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi;
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı;
- Rəqabətli əmək haqqı;
- Rahat və təhlükəsiz iş şəraiti;
- Karyera yüksəlişi perspektivi.
Müraciət qaydası:
CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Marketinq Meneceri” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Marketinq sahəsində ali təhsil (Bakalavr və ya magistr dərəcəsi);
- Marketinq, brendinq və rəqəmsal marketinq sahələrində ən azı 3 il iş təcrübəsi;
- Marketinq kampaniyalarının hazırlanması və idarə edilməsi bacarığı;
- Sosial media və rəqəmsal alətlərdə təcrübə;
- Güclü analitik bacarıqlar və bazar tələblərini qiymətləndirmək bacarığı;
- Yaradıcı düşüncə və innovativ yanaşmalar;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili üstünlük təşkil edir);
- Yaxşı ünsiyyət bacarıqları və komanda işinə uyğunluq;
- Ölkədaxili ezamiyyətə getmə imkanı;
- Sürücülük vəsiqəsinin olması (B kateqoriyası üstünlük təşkil edir).