Bakı,
Azərbaycan
18.08.2025 14:23
-
18.09.2025 12:00
İş haqqında məlumat
- Şirkətin marketinq strategiyasını hazırlamaq və icrasına rəhbərlik etmək;
- Brendin tanıtımı, imici və mövqelənməsi üçün tədbirlər planı hazırlamaq;
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını idarə etmək (SMM, SEO, SEM, TV, radio və s.);
- Reklam büdcəsini formalaşdırmaq və xərclərə nəzarət etmək;
- Bazarı, rəqibləri və müştəri davranışlarını analiz edərək inkişaf planı hazırlamaq;
- Satış komandası ilə birgə kampaniyalar təşkil etmək və nəticələrə görə hesabat vermək;
- Marketinq komandasına rəhbərlik etmək və fəaliyyətlərini koordinasiya etmək.
Müraciət üçün:
- CV-nizi [email protected] ünvanına göndərin. Mövzu hissəsində “Marketinq Müdiri” yazmağı unutmayın.
Tələblər
- Marketinq, Biznes idarəçiliyi və ya İqtisadiyyat üzrə ali təhsil;
- Minimum 3 il marketinq sahəsində, ən az 1 il rəhbər vəzifədə iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və analitika platformaları (Google Analytics, Meta Business Suite və s.) üzrə biliklər;
- Kreativlik, strateji düşünmə və analitik təhlil bacarığı;
- Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
- Komanda idarəetmə təcrübəsi.
Üstünlüklər:
- FMCG, pərakəndə satış və ya istehsalat sektorunda iş təcrübəsi;
- İngilis və rus dillərini bilmək;
- İrimiqyaslı reklam kampaniyaları həyata keçirmə təcrübəsi.