Bakı,
Azərbaycan
22.09.2025 11:34
-
22.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin mövcud xidmətlər və məhsullar üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
- Xidmət və məhsullara uyğun müştəri kütləsinin cəlb olunması;
- Bazarın araşdırılması və mövcud rəqabət mühitinin analizi;
- Sosial şəbəkələrdə məhsul və xidmətlə bağlı post və hekayələrin hazırlanması və paylaşımı;
- Sosial şəbəkələrdə məhsul və xidmətlə bağlı reklamın verilməsi;
- Ənənəvi, oflayn və onlayn reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsi;
- Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi
- Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
- Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
- Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
- Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş qrafiki: I-VI günlər saat 08:30-dan 17:30-dək
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 4/6
Tələblər
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə olması arzuolunandır);
- Marketinq sahəsi üzrə 2 ildən çox təcrübə (Təhsil sahəsi üzrə arzuolunandır);
- Digital Marketing üzrə təcrübəli ( Meta Bussiness, Ads manager, Google Ads və s. );
- MS Office, Gsuite, Canva, Cupcat proqramlarında işləmə bacarığı;
- Süni intellekt platformalarından istifadə bacarığı. (marketinq yönümlü);
- Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı;
- Tənqidi düşünmək və problem həll etmə bacarığı;
- Tabeliyində olan komandanı idarə etmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı.