Bakı,
Azərbaycan
23/07/2026
-
23/08/2026
İş haqqında məlumat
- Şirkətin və brendlərin marketinq strategiyası, illik və aylıq planlarının hazırlanması və kampaniyaların icrasında iştirak etmək;
- Reklam, promo, mövsümi və satış stimullaşdırıcı kampaniyaları planlaşdırmaq, koordinasiya etmək və icrasına nəzarət etmək;
- Kampaniyaların effektivliyini KPI-lar, satış nəticələri və digər biznes göstəriciləri əsasında təhlil etmək;
- Bazar, istehlakçı davranışları və rəqib fəaliyyətlərini araşdırmaq, inkişaf yönümlü təkliflər hazırlamaq;
- Brendin kommunikasiya strategiyasının həyata keçirilməsinə dəstək olmaq, reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;
- Rəqəmsal Marketinq, SMM, Dizayn, E-commerce və Satış komandaları ilə koordinasiyalı işləmək;
- Marketinq büdcəsinin idarə olunmasına, hesabatların hazırlanmasına, yeni mağaza açılışları, məhsul təqdimatları və digər marketinq layihələrinin təşkilinə dəstək vermək;
- Marketinq trendlərini izləmək, innovativ həllər təklif etmək və mağazalarda həyata keçirilən marketinq fəaliyyətlərinə nəzarət etmək.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Baş ofis, 25 plaza
- İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə, 09:00–18:00);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Tələblər
- Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
- Mövcud sahə üzrə 2 il iş təcrübəsi (Marketinq, brend marketinqi, retail marketinq)
- Marketinq kampaniyalarının planlaşdırılması və icrası üzrə praktiki təcrübə;
- Bazar araşdırması, rəqib analizi və brend idarəçiliyi üzrə biliklər;
- MS Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı;
- Hesabatların hazırlanması, büdcənin idarə olunması və layihələrin koordinasiyası bacarığı;
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
- Analitik düşüncə, yaradıcılıq, güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
- Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv işləmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində "Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.