Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- Marketinq strategiyasının hazırlanması və mərhələli şəkildə icra olunması;
- Bazar araşdırmalarının aparılması, rəqib və müştəri analizlərinin həyata keçirilməsi;
- Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və idarə edilməsi;
- Rəqəmsal marketinq alətləri ilə (Google Ads, Meta Business, e-mail marketing və s.) işləmək;
- Sosial media (İnstagram və.s.) kontent planlarının hazırlanması və kontentlərin idarə olunması;
- Brend tanıtımı və PR layihələrinin təşkili;
- Satış komandası ilə əməkdaşlıq və inteqrasiya olunmuş kampaniyaların hazırlanması;
- Görülən işlərin aylıq hesabat şəklində rəhbərliyə təqdim olunması.
Şirkətin təklif etdiyi imkanlar:
- Bilik və təcrübəyə uyğun rəqabətədavamlı əmək haqqı;
- Yenilikçi və dinamik iş mühiti;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
- Təlim və tədris proqramlarında iştirak imkanı;
- Rəsmi əmək müqaviləsi və sosial təminat.
Əlavə məlumatlar:
- İş yeri: Bakı şəhəri Səbail Rayonu (Axundov Bağı) Ə.D;
- İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günü istirahət);
- İş saatı: 09:00 – 18:00;
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara əsasən müəyyən olunacaq (600-800).
Müraciət qaydası:
Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Mövzu hissəsində vakansiyanın adını yazmağı unutmayın: “Marketinq mütəxəssisi, sosial media idarəçisi”.
Tələblər
- Ali təhsil ;
- Kreativ yanaşma və strateji düşünmə bacarığı;
- Rəqəmsal marketinq platformaları üzrə bilik və təcrübə;
- Analitik təhlil aparmaq və nəticə çıxarmaq bacarığı;
- Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Yaş həddi 25 +.
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- Rus dili – yaxşı səviyyədə (şifahi və yazılı);
- İngilis dili biliyi əlavə üstünlükdür.