Bakı,
Azərbaycan
19.08.2025 03:01
-
19.09.2025 12:00
İş haqqında məlumat
- Tekstil sahəsində mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini.
İş şəraiti
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B;
- 5 günlük iş həftəsi, 6-cı gün növbəli;
- Nahar fasiləsi: 13:00-14:00;
- Nahar müəssisə tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
Namizədin şəxsi keyfiyyətləri:
- İdarəetmə qabiliyyəti;
- İşə planlı yanaşması;
- Ezamiyyə imkanları;
- Analitik düşüncə qabiliyyəti.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Marketinq Rəhbər” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir(tekstil sahəsi arzuolunandır);
- Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə.