Bakı,
Azərbaycan
15.10.2025 11:59
-
15.11.2025 12:00
İş haqqında məlumat
Şirkətin (biznesin) uğurlu inkişafi üçün marketinq strategiyasını va siyasətini qurub hayata keçirmak:
- İş prosesində ehtiyac duyulan marketinq araşdırılmalarını aparmaq;
- Şirkətdə biznesin inkişafı istiqamətində bazarı (bazar tələblərini va yeni trendləri) daim təhlil etmək, iş proseslərini həmin tələblərə və şirkətin strategiyasına uyğun aparmaq;
- Rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək və bazarda şirkətin mövqeyini möhkəmlətmək üçün qabaqlayıcı tədbirlər görmək;
- Şirkətin hədəf auditoriyasını daim təhlil etmək, təhlillərin düzgün aparılması məqsədi ilə müxtəlif texnikalardan istifadə etmək, hamin təhlillər əsasında uğurlu marketinq siyasətini həyata keçirmək üçün təkliflər irəli sürmək;
Şirəatin tanıdılması istiqamətinda çalışmaq (PR)
- Şirkətin tanıdılması istiqamətində faaliyyət planını hazırlamaq;
- Müxtəlif şirkət nümayəndələri, potensial müştərilər, kütləvi informasiya vasitələrinin nümayandələri va digər maraqlı tərəflərlə reklam yerləşdirilməsi, sponsorluq, iqtisadi təbliğat, əməkdaşlıq, ümumi layihələr və s. Məsələlər ilə bağlı yazılı və şifahi danışıqlar aparmaq;
- Brendin tanıdılması məqsədi ilə effektiv reklam kampaniyaları, aksiyalar təşkil etmək;
- Aylıq tədbir planı hazırlamaq (event management), tədbirlərin yüksək səviyyəda keçiriliməsi məqsədi ilə təşkilatçılıq işlərinə rəhbərlik etmək; tədbirin gedişatına nəzarat etmək; riskləri və problemləri vaxtında aradan qaldırmaq;
Marketinq komandasını idarə etmək:
- Komandanın iş fəaliyyətini nəzarətdə saxlamaq, komanda üzvləri ilə mütəmadi görüşlar keçirmək, onlara obyektiv rəy vermek və gələcək fəaliyyətlərinin yaxşılaşdırılmasında onlara kömək olmaq;
- Komanda işinin keyfiyyətini daim təkmilləşdirmək məqsədilə standartlar müəyyən etmək;
- Komandanın işinə rəhbərlik etmək üçün uzunmüddətli məqsədlər və planlar hazırlamaq, komanda üzvlərinin qoyulan hədəfləri başa düşdüyünə əmin olmaq;
- Yüksək keyfiyyətli fəaliyyətə nail olmaq üçün komandanı motivasiya etmək və ruhlandırmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunmalı.
Tələblər
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi rəhbər olaraq mütləqdir;
- Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Komandada işləmə və komandanı idarəetmə.