Melissa Group

Marketinq Şöbə Rəhbəri

Melissa Group
4000 - 5000 ₼
535
Tam iş günü
Bakı, Azərbaycan
07/10/2026 - 21/10/2026

İş haqqında məlumat

İş şəraiti

  • İş yeri: Bakı
  • Əməkhaqqı: 4000 -5000 AZN
  • İş rejimi: Tam iş günü, həftədə 5 gün 

Newcond şirkəti marketinq strategiyasının formalaşdırılması, brendin inkişafı və marketinq fəaliyyətlərinin idarə edilməsi üzrə komandaya rəhbərlik edəcək Marketinq Rəhbəri axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İllik və rüblük marketinq planlarının hazırlanması, büdcənin idarə olunması;
  • Brendin mövqeləndirilməsi və bazarda tanınmasının gücləndirilməsi;
  • Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
  • Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
  • Bazar, rəqib və müştəri davranışlarının araşdırılması;
  • Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
  • Lead generation, müştəri cəlbi və satışla əməkdaşlıq proseslərinin inkişaf etdirilməsi;
  • Marketinq komandasına (digital, SMM, kontent və marketinq mütəxəssisləri) rəhbərlik etmək, illik və rüblük planı konkret tapşırıqlara, deadline-lara və fərdi KPI-lara bölmək, tapşırıqları yazılı brief ilə vermək və icrasını mütəmadi izləmək
  • Komandanın işinin keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət etmək, geri bildirim və mentorluq vasitəsilə mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək, performansı müntəzəm qiymətləndirmək
  • Daxili komanda, agentliklər və frilanserlər arasında iş yükünü düzgün bölüşdürmək, komandada nəticəyə yönümlü və şəffaf iş mədəniyyəti formalaşdırmaq
  • Marketinq xərclərinin və büdcəsinin səmərəli idarə olunması;
  • Rəhbərliyə mütəmadi hesabatların və analitik təqdimatların hazırlanması;
  • Marketinq proseslərinin optimallaşdırılması və yeni marketinq alətlərinin tətbiqi.

 

Tələblər

  • Marketinq, biznes idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
  • Google Analytics, Google Ads, Meta Ads və digər rəqəmsal marketinq platformaları üzrə praktiki bilik
  • Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
  • Digital marketing, SMM, performance marketing və brend idarəetməsi üzrə biliklər;
  • Bazar və rəqib analizləri aparmaq bacarığı;
  • Marketinq büdcəsinin idarə olunması üzrə təcrübə;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı
  • Komanda idarəetməsi və liderlik bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dili - sərbəst, ingilis dili biliyi B2 və yuxarı səviyyə (rus dili üstünlükdür)
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı istifadə bacarığı.