Barratson

Marketinq şöbəsinin rəhbəri

Barratson
Ə/h razılaşma ilə
1813
Tam iş günü
Bakı, Azərbaycan
10/02/2026 - 24/02/2026

İş haqqında məlumat

  • Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq; 
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam  kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə  olunması;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
  • Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
  • Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
  • Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
  • Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
  • Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq komandasını  peşəkarcasına idarə etmək və kreativ  mühit yaratmaq;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;       

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.


 

Tələblər

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
  • Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi; 
  • Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Marketinq plan və büdcə hazırlama bacarığı;
  • Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı; 
  • Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
  • Stratejik düşünmə və analitika bacarığı;
  • Çevik işləmək bacarığı.  

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.