UnityFood LTD

Marketinq üzrə baş mütəxəssis

UnityFood LTD
Ə/h razılaşma ilə
466
Tam iş günü
Bakı, Azərbaycan
02/04/2026 - 16/04/2026

İş haqqında məlumat

Şirkətimiz marketinq strategiyasının qurulması və inkişafı üçün təcrübəli və kreativ Marketinq üzrə baş mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasını hazırlamaq və icrasını təmin etmək
  • Rəqəmsal marketinq (sosial media, reklam kampaniyaları və s.) fəaliyyətlərini idarə etmək
  • Brendin tanıtımı və inkişafı üzrə planlar hazırlamaq
  • Bazar araşdırmaları aparmaq və rəqibləri analiz etmək
  • Reklam və promo kampaniyalarının effektivliyini ölçmək və hesabat hazırlamaq
  • Satış komandası ilə koordinasiyalı işləmək

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Korporativ: mobil nömrə
  • Ünvan: Nərimanov rayonu
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Xanım və ya bəy namizədlər
  • Yaş həddi 25-35
  • Müvafiq sahə üzrə ali təhsil
  • Marketinq sahəsində 3-5 il iş təcrübəsi
  • Analitik düşünmə və strateji yanaşma bacarığı
  • Rəqəmsal alətlər və sosial media platformaları üzrə biliklər
  • Kreativlik və təşəbbüskarlıq
  • Məsuliyyətli və nəticəyönümlü olmaq

Dil bilikləri:

  • Azərbaycan dili
  • Rus dili biliyi mütləqdir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar