Grand Logistics Center

Marketinq üzrə kiçik mütəxəssis

Grand Logistics Center
Ə/h razılaşma ilə
502
Tam iş günü
Bakı, Azərbaycan
16/03/2026 - 30/03/2026

İş haqqında məlumat

  • Şirkətin marketinq planının hazırlanmasında iştirak etmək və icrasının koordinasiyasına dəstək göstərmək.
  • Reklam kampaniyalarının (online və offline) planlaşdırılması və həyata keçirilməsinə nəzarətdə iştirak etmək.
  • Sosial media platformaları və digər rəqəmsal kanallar üçün kontent planının hazırlanmasına və idarə olunmasına dəstək vermək.
  • Marketinq fəaliyyətləri üzrə təchizatçılar, reklam agentlikləri və media tərəfdaşları ilə kommunikasiya qurmaq və iş prosesini koordinasiya etmək.
  • Marketinq kampaniyalarının nəticələrini izləmək və hesabatların hazırlanmasında iştirak etmək.
  • Şirkətin məhsul və xidmətlərinin tanıtımı üçün promosyon və PR fəaliyyətlərinin təşkilinə dəstək vermək.
  • Rəqəmsal platformalarda (sosial media, veb sayt və s.) yerləşdirilən materialların aktuallığını və düzgünlüyünü izləmək.
  • Bazar araşdırmaları aparmaq və rəqiblərin fəaliyyətini izləmək.
  • Marketinq materiallarının (banner, broşür, reklam materialları və s.) hazırlanması prosesində iştirak etmək.
  • Marketinq tədbirlərinin və kampaniyalarının təşkilində iştirak etmək.

Tələblər

  • Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır
  • Sosial media və rəqəmsal marketinq alətləri haqqında biliklər
  • Analitik düşünmə və planlaşdırma bacarığı
  • Ünsiyyət və komanda ilə işləmə bacarığı
  • MS Office proqramlarında işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.