GFC MMC

Marketinq üzrə Menecer

GFC MMC
Ə/h razılaşma ilə
838
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 14:32 - 21.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq satış bazarının genişləndirilməsi və məhsul çeşidinin artırılması kimi biznesin inkişaf istiqamətlərini əhatə edən uzunmüddətli inkişaf strategiyasının, eləcə də kompleks marketinq strategiyasının hazırlanması və icrası; 
  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
  • Aylıq, rüblük və illik marketinq fəaliyyət planlarının hazırlanması, resursların müəyyənləşdirilməsi və icrası; 
  • İllik marketinq büdcəsinin planlaşdırılması, idarə edilməsi və kampaniyaların maliyyə çərçivəsində həyata keçirilməsi; 
  • Rəqabət mühitinin təhlili, rəqiblərin marketinq fəaliyyətlərinin izlənilməsi, alternativ reklam imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması; 
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi və restoranlarda məhsul satışları ilə xidmət səviyyəsinin artırılması məqsədilə bazar araşdırmaları aparır; 
  • KPI və ROI-ların ölçülməsi, nəticələrin rəhbərliyə təqdim edilməsi; 
  • Çap materiallarının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi; 
  • Bütün marketinq fəaliyyətlərinin effektivliyinin təhlili və proqnozların verilməsi;
  • Agentliklər, dizayn komandası və digər tərəfdaşlarla koordinasiya;
  • Müştəri cəlbi və məmnuniyyətinin artırılmasına yönəlik təşəbbüslərin həyata keçirilməsi; 
  • PR kampaniyalarının təşkili, media ilə əlaqələrin qurulması və effektivliyin ölçülməsi;
  • Kontent strategiyasını formalaşdırır, bu zaman kontent planının məqsədlərini, hədəf auditoriyanı, əsas mesajları, istifadə olunacaq platformaları və əsas performans göstəricilərini (KPI) müəyyən edir; 
  • Hədəf auditoriyaya uyğun reklam kampaniyalarının təşkili və təhlili (ATL, BTL, Digital); 
  • Məhsulun qiymətinin müəyyənləşdirilməsi prosesində iştirak etmək; 
  • Şirkətin rəsmi saytının daimi nəzarətdə saxlanılması və təkmilləşdirilməsi; 
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Tələblər

  • Ali təhsilli olması (Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
  • Fundamental marketinq və rəqəmsal marketinq üzrə biliklər;
  • Marketinq sahəsində minimum 5 il, idarəçi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili bilikləri;
  • Kreativ düşüncə və yaradıcı layihələrin hazırlanması üzrə təcrübə;
  • Strateji təhlil və analitik düşünmə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və kommunikasiya bacarıqları;
  • Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti;
  • Reklam və PR sahəsində zəngin biliklər;
  • Təqdimat bacarıqları və komandada səmərəli işləmək qabiliyyəti;
  • MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.