Bakı,
Azərbaycan
26.08.2025 12:35
-
26.09.2025 12:00
İş haqqında məlumat
- Şahdağ Turizm Mərkəzinin strategiyasına uyğun marketinq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;
- Yeni məhsul və xidmətlər üçün marketinq tədbirlərini hazırlamaq və tətbiq etmək;
- Bazar imkanlarını araşdırmaq, seqment xüsusiyyətlərini və dəyişmə meyllərini təhlil etmək;
- Məhsul və xidmətlərin tanıdılması üçün layihəçilər, reklam verənlər və istehsal menecerləri ilə əməkdaşlıq etmək;
- Rəqəmsal kanallar və sosial media vasitəsilə kampaniyalar yaratmaq və optimallaşdırmaq;
- Müştəri rəylərini toplamaq, marketinq göstəricilərini izləmək və hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Yeni trendlər və rəqəmsal alətlər əsasında marketinq strategiyasını inkişaf etdirmək.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09.00-dan 18.00-kimi;
- İş yeri: Bakı ofisi.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 1300 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
- DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.
Tələblər
- Təhsil: Ali təhsil (Marketinq, İqtisadiyyat, PR və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Marketing sahəsində ən azı 2 il iş təcrübəsi, xüsusilə rəqəmsal və sosial media marketinqində;
- Azərbaycan dili mükəmməl, Rus dili mütləq, İngilis dili bilikləri üstünlükdür;
- Marketinq analitik alətlərindən yüksək səviyyədə istifadə etmə bacarığı;
- Kreativ və innovativ yanaşmalarla yeni ideyalar təqdim etmək;
- Həm yazılı, həm də şifahi ünsiyyət qabiliyyətinin yüksək olması;
- Çoxsaylı layihələri paralel olaraq idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
- Ezamiyyə səfərlərinə açıq olmaq.