Bakı,
Azərbaycan
17.10.2025 05:30
-
17.11.2025 12:00
İş haqqında məlumat
- Rəqəmsal kanallar vasitəsilə potensial müştəri axınını təmin etmək;
- Müxtəlif marketinq kampaniyalarını planlaşdırmaq, hazırlamaq və həyata keçirmək;
- CRM sistemində lead-lərin düzgün qeydiyyatını aparmaq və izlənilməsini təmin etmək;
- Toplanan lead-lərin keyfiyyətini analiz etmək və qiymətləndirmək;
- Satış komandası ilə əməkdaşlıq edərək ən uyğun müştəriləri yönləndirmək və onların ehtiyacına uyğun lead axını təmin etmək;
- Müştəri seqmentlərini müəyyənləşdirmək və hədəf auditoriyaya uyğun kampaniyalar hazırlamaq;
- Aylıq və illik marketinq planının hazırlanmasında və icrasında iştirak etmək;
- Sosial media və e-mail marketinq kontentlərinin hazırlanmasını təmin etmək;
- Müştərilərlə ilkin əlaqə üçün kommunikasiya mətnlərini formalaşdırmaq;
- Müştəri bazasını genişləndirmək və mövcud müştərilərin sadiqliyini artırmaq üçün təkliflər irəli sürmək;
- Sosial media üçün kreativ videolar və reel-lərin çəkilişini təşkil etmək.
İş haqqında məlumat:
- İş rejimi: 5 gün (09:00 – 18:00);
- Əmək haqqı: 800–1000 AZN (net);
- Nahar: Şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta: Mövcuddur;
- Ünvan: İzmir küçəsi 2, Bakı şəhəri.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali təhsil;
- Marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Yaş həddi: 22–35 yaş;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv, məqsədyönlü və nəticəyönümlü olmaq;
- Dil biliyi: Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili – yaxşı;
- Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır.