General Supply

Marketinq üzrə mütəxəssis

General Supply
Ə/h razılaşma ilə
1657
Tam iş günü
Bakı, Azərbaycan
13/01/2026 - 27/01/2026

İş haqqında məlumat

  • Şirkət brendləri üzrə marketinq və kommunikasiya strategiyasının hazırlanması və icrasına nəzarət
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analizi, nəticələrin rəhbərliyə təqdim olunması;
  • PR, reklam, təqdimat işləri, xüsusi layihə və tədbirlərin planlaşdırılması və icrasının idarə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin ölçülməsi, aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Yeni və mövcud məhsul və xidmətlər üzrə marketinq planlarının hazırlanması, icrası və məhsuldarlığının idarə olunması;
  • Müştəri bazası, məhsul və xidmətlər üzrə analiz proseslərinin təşkili
  • Rəqəmsal marketinq layihələrinin idarə olunması (web-saytlar, sosial media, PR, axtarış portalları və s.)
  • Şirkətin çoxdilli veb-sayt məzmununun (AZ / EN / RU) marketinq baxımından uyğunluğuna nəzarət;
  • Marketinq büdcəsinin planlaşdırılması və effektiv idarə olunması;
  • Müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin təşkili;
  • Marketinq sahəsində yeni yanaşma və imkanların araşdırılması, təşəbbüslərlə çıxış edilməsi;

Biz nə təklif edirik?

  • Nəticəyə fokuslanan performans mühiti – ideyalar real nəticələrə çevrilir
  • Peşəkar və enerjili komanda – birlikdə öyrənir, birlikdə böyüyürük
  • Karyera və inkişaf imkanları – təlimlər, yeni layihələr və yüksəliş perspektivi;
  • Tibbi sığorta – sağlamlığınız bizim üçün dəyərlidir;
  • Korporativ nömrə – iş prosesində rahat və fasiləsiz ünsiyyət.

Tələblər

  • Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Minimum 3 il marketinq sahəsində təcrübə;
  • Rəqəmsal marketinq, sosial media və brend idarəçiliyi üzrə dərin biliklər
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • Büdcə planlama və idarəetmə təcrübəsi;
  • Azərbaycan dili – mükəmməl, Rus və İngilis dili – üstünlükdür.
  • Liderlik, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi.

Oxşar vakansiyalar