Bioloji Təbabət Klinikası

Marketinq üzrə mütəxəssis

Bioloji Təbabət Klinikası
Ə/h razılaşma ilə
618
Tam iş günü
Bakı, Azərbaycan
15/04/2026 - 29/04/2026

İş haqqında məlumat

  • Klinikanın ümumi marketinq strategiyasının hazırlanması və icrası
  • Sosial media platformalarında (Instagram, Facebook, TikTok və s.) tibbi mövzulara uyğun kontent planının hazırlanması və idarə olunması
  • Həkimlərin və xidmətlərin tanıtımı üçün foto/video çəkilişlərin təşkili və koordinasiyası
  • Pasiyent yönümlü reklam kampaniyalarının hazırlanması və idarə olunması (Google Ads, Meta Ads və s.)
  • Klinikanın xidmətləri üzrə aksiya və kampaniyaların hazırlanması (check-up paketləri, endirimlər və s.)
  • Sayt və sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin analiz edilməsi və optimizasiya təkliflərinin verilməsi
  • Pasiyent rəylərinin (review) toplanması və reputasiya idarəçiliyinin aparılması
  • Hədəf auditoriyanın müəyyən edilməsi və ona uyğun kommunikasiya strategiyasının qurulması
  •  Email və SMS marketing kampaniyalarının hazırlanması (xatırlatma mesajları, kampaniyalar və s.)
  • Klinikanın saytında (əgər varsa) kontentin yenilənməsi və SEO optimizasiyası üzrə təkliflərin verilməsi
  • Offline marketinq fəaliyyətlərinin təşkili (bannerlər, flayerlər, tərəfdaşlıqlar və s.)
  • Həkim heyəti ilə əməkdaşlıq edərək maarifləndirici kontentin hazırlanması
  • Marketinq fəaliyyətləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şəraiti:

  • İş qrafiki: 6 gün, şənbə günü qısa iş günüdür
  • İstirahət: Bazar günü
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Tələblər

  • Marketinq, Biznes və ya əlaqəli sahədə ali təhsil
  • Minimum 1-3 il iş təcrübəsi (üstünlükdür)
  • Rəqəmsal marketinq platformaları ilə işləmə bacarığı (Google Analytics, Meta Ads və s.)
  • Azərbaycan dili səlis, İngilis dili və Rus dili biliyi arzuolunandır
  • Kreativ düşüncə və analitik yanaşma
  • Komandada işləmə və ünsiyyət bacarığı
  • Deadline-lara riayət etmə və məsuliyyətlilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.