

Marketinq və satışın təşkili şöbəsinin müdiri
Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
10823
Tam iş günü
Bakı,
Azərbaycan
19.09.2025 05:33
-
19.10.2025 12:00
İş haqqında məlumat
- Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
- Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
- Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
- Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
- Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
- Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.
CV-lərinizi mövzu hissəsində aidiyyəti üzrə “Marketinq və satışın təşkili şöbəsinin müdiri, baş mütəxəssisi, aparıcı mütəxəssis, mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. Kənd təsərrüfatı və ya qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Tələblər
- Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
- Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
- Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.