Marketinq və satışın təşkili üzrə şöbə müdiri
Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
2918
Tam iş günü
Bakı,
Azərbaycan
16/12/2025
-
23/12/2025
İş haqqında məlumat
Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri axtarışındayıq (şöbə müdiri və mütəxəssis heyəti: baş mütəxəssis, mütəxəssis).
Vəzifə öhdəlikləri:
- Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
- Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
- Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
- Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
- Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
- Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00-dək;
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
- Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
- Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.