Baku Bus

Marşrut nəzarətçisi (Bakı şəhəri)

Baku Bus
Ə/h razılaşma ilə
1585
Növbəli iş
Bakı, Azərbaycan
15/12/2025 - 22/12/2025

İş haqqında məlumat

  • TMS (Transport Management System) vasitəsilə avtobusların A nöqtəsindən B nöqtəsinə hərəkətini real vaxt rejimində izləmək və idarə etmək.
  • Avtobusların hərəkət cədvəlinə uyğun olaraq vaxtında yola düşməsini və son məntəqəyə çatmasını təmin etmək.
  • Qrafikdən kənara çıxma, gecikmə və ya tez hərəkət halları yarandıqda TMS üzərindən intervalların tənzimlənməsi, sürətin artırılması və ya azaldılması barədə operativ qərarlar vermək.
  • Cədvəldə göstərilən vaxtdan tez hərəkət edildikdə dayanacaqda dayanma müddətinin artırılması və ya marşrut üzrə hərəkətin yavaşladılması ilə bağlı müvafiq göstərişlər vermək.
  • Avtobuslar dayanacaqlara və son məntəqəyə gecikdikdə səbəbləri araşdırmaq və aparıcı mütəxəssisə məlumat vermək.
  • Marşrut boyu müşahidə olunan dəyişikliklər (yol tıxacları, yol qəzaları, hava şəraiti, yol infrastrukturundakı dəyişikliklər və s.) haqqında məlumat toplamaq və TMS üzərindən hərəkətin düzgün tənzimlənməsini təmin etmək.
  • Sürücüləri real vaxtda operativ məlumatlarla təmin etmək və düzgün hərəkət üçün təlimatlar vermək.
  • Zərurət olduqda son məntəqədə avtobusun dayanma vaxtını optimallaşdırmaq və qrafikin bərpa olunmasını təmin etmək.
  • Marşrut üzrə bütün əməliyyatların şirkətin daxili qaydalarına və təhlükəsizlik standartlarına uyğun aparılmasına nəzarət etmək.

İş şəraiti:

  • Növbəli iş qrafiki.
  • Peşəkar və mehriban komanda mühiti.
  • Karyera inkişafı üçün geniş imkanlar.
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir.

Tələblər

  • Ali texniki təhsil (mexanika və ya avtomobil nəqliyyatı üzrə)
  • Nəqliyyat sahəsində və ya marşrut nəzarətində minimum 3 il iş təcrübəsi.
  • TMS, GPS monitorinq sistemləri və digər nəqliyyat idarəetmə proqramları ilə işləmə bacarığı.
  • Operativ vəziyyətlərdə qərarvermə, analitik düşüncə və planlaşdırma bacarığı.
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı; rus və ingilis dillərini bilmək üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.