MebelX

Mebel konstruktoru

MebelX
1000 - 3000 ₼
3729
Tam iş günü
Bakı, Azərbaycan
17/02/2026 - 03/03/2026

İş haqqında məlumat

  • Müştərilərlə işləyərək material, furnitura, rəng seçimi və mebelin yerləşmə planı üzrə peşəkar məsləhətlər vermək.
  • Müştərinin seçim etdiyi modeli, nümunəni, materialı, rəng palitrasını, mexanizmləri və aksesuarları düzgün qeyd etmək.
  • Sifariş verilən obyektdən istehsal və montaj üçün tələb olunan ölçüləri millimetr dəqiqliyində götürmək.
  • 3D dizaynın hazırlanması üçün zəruri olan bütün məlumatları və texniki qeydləri dizaynerə təqdim etmək, dizaynın müştərinin istək və seçimlərinə uyğun hazırlanmasına nəzarət etmək.
  • Materialların kəsim sxemini (raskroy) tərtib etmək.
  • Layihə üzrə istehsal və montaj üçün tələb olunan bütün materialların, mexanizmlərin və aksesuarların dəqiq siyahısını hazırlamaq.
  • Layihələr üzrə dəqiq smeta hesablamalarını aparmaq.
  • Mebel ustaları üçün istehsala tam uyğun layihə və konstruksiyaları hazırlamaq.
  • İstehsal və montaj prosesləri zamanı yaranan texniki problemlərin operativ həllində iştirak etmək.
  • İstehsal komandası ilə koordinasiyalı işləmək.
  • Müştəri ilə əməkdaşlığın ilk mərhələsindən, sifarişin tam təhvil verilməsinə qədər bütün proseslərin düzgün və vaxtında icra olunmasına nəzarət etmək.

İş barədə məlumat

  • İş vaxtı: 10:00 dan–19:00 dək | Həftədə bir gün istirahət.
  • Sabit əmək haqqı və uğurla təhvil verilən hər layihə üçün əlavə faiz.
  • Ünvan: Biləcəri qəsəbəsi, “Məmmədoğulları” avtoservisinin yaxınlığı.

Tələblər

  • Mebel istehsalının texniki tələbləri üzrə yüksək bilik.
  • Müştəri ilə peşəkar ünsiyyət və təqdimat bacarığı.
  • Kollektivlə işləmə qabiliyyəti.
  • Texniki və analitik düşünmə qabiliyyəti.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.