Bakı,
Azərbaycan
08/01/2026
-
22/01/2026
İş haqqında məlumat
- Reklam stendləri, sərgi stendləri və xüsusi dizaynlı konstruksiyalar üçün taxta və mebel elementlərinin hazırlanması;
- Çertyoj və texniki tapşırıqlara əsasən ölçü götürülməsi, kəsim və yığım işlərinin icrası;
- MDF, DSP, faner və digər mebel materiallarla işləmək;
- Hazırlanan mebel və konstruksiyaların keyfiyyətə uyğunluğuna nəzarət;
- Stendlərin, mebel tərkibli qurğuların yerində montaj və demontajının həyata keçirilməsi;
- Lazım gəldikdə sahə ölçülərinin götürülməsi;
- Əmək təhlükəsizliyi qaydalarına riayət etmək;
- Komanda ilə koordinasiyalı işləmək və razılaşdırılan tarixdə işlərin təhvili.
Əlavə məlumat:
- Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
- İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
- Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Tələblər
- Mebel ustası kimi minimum 3 il iş təcrübəsi (reklam / sərgi stendləri sahəsində təcrübə üstünlükdür)
- Taxta və mebel materialları ilə işləmə bacarığı;
- Elektrik və mexaniki alətlərlə (frezer, mişar, drel və s.) sərbəst işləmək;
- Texniki çertyojları oxumaq və tətbiq etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Laminasiya, boya və lak işləri üzrə ilkin biliklər;
- Sərgi və tədbirlər sahəsində montaj təcrübəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.