Bakı,
Azərbaycan
04.07.2025 22:35
-
04.08.2025 12:00
İş haqqında məlumat
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizini həyata keçirmək;
- Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq, backlogu formalaşdırmaq və müntəzəm olaraq yeniləmək;
- Bazar tələbatı üzrə prioritetləri müəyyən etmək;
- Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarını hazırlamaq;
- Biznes prosesləri təhlil etmək və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir etmək;
- Backlogda toplanan tapşırıqları komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah etmək;
- Scrum metodologiyasını tətbiq etmək;
- Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya vermək;
- Məhsulun inkişaf yol xəritəsini hazırlamaq;
- Məhsul üzrə uzunmüddətli vizyon formalaşdırmaq;
- Release və sprint planlamasının edilməsi;
- Qiymət strategiyasını müəyyən etmək;
- Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
- Vendor seçimini edərək əməkdaşlıq etmək;
- Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və s.) prosesləri idarə etmək;
- Məhsul üzərində müntəzəm olaraq testlər aparmaq, seçilmiş hədəf auditoriyalar üzərində testlər aparmaq və test nəticələrini dəyərləndirmək;
- Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanı təmin etmək.
Tələblər
- Ali təhsil (Biznes menecment, Marketinq, Kompüter mühəndisliyi, İT və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
- Analitika bacarığı;
- Q&A bacarığı;
- Kommunikasiya bacarığı;
- Effektiv vaxt idarə etmə bacarığı.
- Texniki bacarıqlar;
- Komputer bilikləri: MS Office, Figma, Draw.io;
- Azərbaycan dili - səlis, ingilis – əla; rus dili – arzuolunan.