Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Şirkətin kommersiya məqsədləri, sistem imkanları və bazar tələbatına uyğun məhsul və xidmətlərin yaradılması və onların biznes tələblərinin hazırlanması
- Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və nəzarət olunması
- Məhsul və xidmətlərin effektiv istifadəyə verilməsinin koordinasiyası və idarə edilməsi
- Müvafiq düzəldici və önləyici tədbirlər görməklə məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi
- Yerli və beynəlxalq rəqabətin daim nəzarət altında saxlanılması
- Marketinq məqsədlərinə çatmaq üçün yeni məhsullar və kampaniyalar hazırlamaq və həyata keçirmək, Business Case hazırlanması və post analizə qədər bütün TTM prosesini izləmək
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və müvafiq şirkətdaxili qaydaların icrası
- Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
- Şirkətə aid məlumatın məxfiliyinin qorunması
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
- Mövcud sistemlərin təkmilləşdirilməsi
- Məhsullarına aid bütün sorğu, problem, və tələblərin araşdırılması və həlli
Tələblər
- İqtisadiyyat, Marketinq və ya Menecment üzrə Ali təhsil
- Marketinq, layihələrin idarəolunması və ya müvafiq sahələrdə iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur
- MS Ofis proqramlarını bilmək
- Səlis Azərbaycan və İngilis dilləri (Rus dilini bilmək üstün cəhət sayılır)
- Müştəri yönümlü
- Kreativlik
- Nəticə yönümlü
- Strukturlu və metodoloji düşünmə qabiliyyəti
- Analitik qabiliyyət
- Süni intellekt alətlərindən səmərəli istifadə
- Layihələri idarə etmə bacarığı
- Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
- Komanda işi və əməkdaşlıq
- Yeniliklərə öyrənməyə yüksək motivasiya
- Yüksək dəqiqlik və detallara diqqət yetirmə
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.