Bakı,
Azərbaycan
18/11/2025
-
18/12/2025
İş haqqında məlumat
- Mağazaya daxil olan müştəriləri qarşılayıb məhsullar haqqında peşəkar şəkildə məlumat vermək;
- Məişət texnikası (soyuducu, paltaryuyan, soba, televizor, kiçik məişət cihazları və s.) üzrə dolğun məhsul biliklərinə sahib olmaq;
- Müştərinin ehtiyaclarını müəyyən edib uyğun məhsulu təklif etmək;
- Satış hədəflərinə uyğun olaraq aylıq planların icrasını təmin etmək;
- Mağazadakı məhsulların doğru yerləşdirilməsi və təqdimatına nəzarət etmək;
- Satış sonrası müştəri dəstəyini təmin etmək və müştəri məmnuniyyətini qorumaq;
- Müştəri şikayətlərini peşəkar şəkildə yönləndirmək və həll prosesinə dəstək olmaq;
- Şirkətin kampaniya və endirimlərini müştərilərə çatdırmaq.
İş Şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Sabit əmək haqqı + satışdan yüksək bonus sistemi;
- Karyera yüksəlişi imkanı;
- Təlim və məhsul üzrə peşəkar inkişaf proqramı;
- Stabil və dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Minimum 1 il satış sahəsində iş təcrübəsi (xüsusilə elektronika və məişət texnikası üzrə təcrübə üstünlükdür);
- Məişət texnikası məhsulları haqqında əsas biliklərə sahib olmaq;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Müştəri yönümlü düşüncə tərzi;
- Aktiv, məsuliyyətli və nəticəyə fokuslanan iş yanaşması;
- Komanda ilə işləmə bacarığı;
- Stresə davamlılıq və yüksək iş ritminə uyğunlaşma;
- Azərbaycan dilini səlis bilmək (rus dili bilikləri üstünlükdür);
- Şirkət qayda və prosedurlarına ciddi riayət etmək.