Veysəloğlu Şirkətlər Qrupu

Məlumat Bazasının İdarəedilməsi Şöbə müdiri

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
3180
Tam iş günü
Bakı, Azərbaycan
25.09.2025 04:05 - 25.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin satış (POS), ERP, CRM və e-commerce sistemləri ilə inteqrasiya olunmuş verilənlər bazalarının idarə olunmasını təmin etmək;
  • Verilənlər bazalarının yüksək əlçatanlığını və performansını qorumaq, ehtiyat nüsxələmə, bərpa, monitorinq və rutin əməliyyatların avtomatlaşdırılmasını həyata keçirmək;
  • Verilənlər bazası arxitekturasını inkişaf etdirmək və məlumat strukturlarını optimallaşdırmaq, yeni texnologiyaların tətbiqini təşviq etmək;
  • Data təhlükəsizliyi və məxfilik qaydalarına riayət olunmasını təmin etmək;
  • Əməliyyat prosedurlarının və sənədləşmənin aktual və effektiv olmasını təmin etmək, əməliyyat məsələlərini izləmək və həll etmək, həmçinin maraqlı tərəflərə hesabat vermək;
  • Data idarəetmə komandası və biznes bölmələri ilə əməkdaşlıq edərək məlumatların keyfiyyətini, ardıcıllığını və düzgünlüyünü qorumaq;
  • Təşkilat daxilində məlumatların əldə olunması, inteqrasiyası, analizi, nümunələrin tanınması və interpretasiyası üçün data idarəetmə strukturları və metadata hazırlamaq;
  • Verilənlər bazası və məlumat anbarı konsepsiyaları, dizayn prinsipləri, arxitekturaları, proqram təminatı və imkanları haqqında mütəxəssis biliyini inkişaf etdirir və qoruyur;
  • Performans və əlçatanlığı təmin etmək üçün əməliyyat məlumatı tələblərinə uyğun fiziki verilənlər bazası dizaynlarını tətbiq edir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məlumat Bazasının İdarəedilməsi Şöbə müdiri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

  • Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq;
  • İş yeri: Bakı şəhəri, Azure biznes mərkəzi;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Tələblər

  • Minimum 5 il təcrübə (verilənlər bazası idarəetməsi üzrə, pərakəndə və ya e-commerce təcrübəsi üstünlükdür);
  • SQL Server, Oracle və ya PostgreSQL üzrə güclü bilik;
  • Komandanı idarə etmək, texniki məsələlərdə qərar vermək və biznes tələblərinə uyğunlaşmaq .

Dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə;
  • İngilis və rus dilləri – arzuolunandır.