ZEN Architects
Ə/h razılaşma ilə
783
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 00:00 - 30.11.2025 00:00

İş haqqında məlumat

  • Layihələrin memarlıq hissəsinin hazırlanması və texniki həllərin işlənməsi;
  • Memarlıq planlarının, fasad və kəsik cizgilərinin hazırlanması;
  • Tikinti normaları və standartlarına uyğun memarlıq həllərinin təmin edilməsi;
  • Layihə üzrə mühəndislər və konstruktorlarla koordinasiyanın aparılması;
  • Layihə sənədlərinin təsdiq və razılaşdırma mərhələlərində iştirak;
  • Layihələrin eskiz, işçi və icra mərhələlərinin hazırlanmasında iştirak;
  • Mövcud obyektlərdə ölçü işlərinin aparılması və “As-built” (icra) cizgilərinin hazırlanması;
  • 3D vizualizasiyaların və təqdimat materiallarının hazırlanması (arzuolunandır);
  • Layihə sənədlərinin arxivləşdirilməsi və sənəd dövriyyəsinə nəzarət;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • İş günləri: 6 günlük iş qrafiki;
  • Nahar fasiləsi: 13:00 -14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin elektron poçt ünvanına mövzu yerində  “Memar” başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  •  Minimum 3 il iş təcrübəsi (inşaat və ya layihələndirmə sahəsində);
  • AutoCAD, Revit, SketchUp, 3ds Max, Lumion və digər memarlıq proqramlarını sərbəst istifadə bacarığı;
  • Memarlıq və tikinti norma-standartları haqqında biliklər;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
  • Yaradıcılıq qabiliyyəti və estetik zövq.