Bakı,
Azərbaycan
27/01/2026
-
10/02/2026
İş haqqında məlumat
- Rəhbərliyin təsdiq etdiyi plana müvafiq olaraq obyektlərin layihələndirilməsini və tikintisini aparmaq, əlaqələndirmək və nəzarət etmək
- Obyektə ilkin baxış və analizlərin aparılması, ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması
- Eskiz və işçi layihələrin hazırlanması, spesifikasiyaların təyin edilməsi, iş həcmlərin hesablanması
- Fənnlərarası (memarlıq, konstruksiya, mexanika və elektrik sistemləri, İKT və layihələndirməyə və tikintiyə aid digər məlumatlar) koordinasiyanı və müxtəlif tərəflərə aid məlumatların layihələndirmə və tikinti proseslərinə inteqrasiyasını təmin etmək
- Material seçimi, tətbiqi və quraşdırılmasına nəzarət etmək, zərurət olduqda alternativlər təklif etmək.
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları təyin etmək, iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək,
- Sahədə təmir-quraşdırma işlərinin icrasına nəzarət, işlərin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək
- Sahədə müvafiq sınaq və yoxlamalarda, tikintinin təhvil-təslim prosesində iştirak etmək
- Layihə-smeta sənədlərinin vaxtında təqdim olunması, investisiya vasitələrindən məqsədli istifadəyə, tikinti müddətlərinə riayət olunmasına, əsaslı tikinti üzrə mövcud olan qanunvericiliyə riayət olunmasına, obyektin istismara vaxtında verilməsinə nəzarəti təmin etmək
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi (ofis və sahə)
- Qüvvədə olan normativlər üzrə biliklər
- Yanaşı sahələr – konstruksiya, mexanika və elektrik/zəif axın sistemləri üzrə ümumi praktiki və nəzəri baza, ümumi anlayış və prinsipləri bilməli
- Dil bilikləri: Azərbaycan dili – mütləq; Ingilis dili – mütləq
- Kompüter bilikləri: MS Offce, Autocad – mütləq; SketchUp, ArchiCAD – üstünlük
- Məhdud nəzarət altında, komanda tərkibində və sərbəst işləmə bacarığı
- Yüksək idarəetmə və kommunikasiya bacarıqları
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.