Blue City Yaşayış Kompleksi
Ə/h razılaşma ilə
250
Tam iş günü
Xırdalan, Azərbaycan
10/08/2026 - 24/08/2026

İş haqqında məlumat

  • Memarlıq üzrə dizayn mərhələlərinə (konsept, eskiz/sxematik, detallı dizayn və tikinti sənədləri) rəhbərlik və idarəetməni həyata keçirmək;
  • Memarlıq şöbəsindən daxil olan cizgilərin tikinti sahəsi ilə vaxtında paylaşılmasını təmin etmək;
  • Dizayn və tikinti mərhələləri boyunca məsləhətçilər, podratçılar, təchizatçılar və icarədarlarla sıx koordinasiyanı təmin etmək;
  • Layihədə edilən dəyişiklikləri idarə etmək, izləmək və yenilənmiş çertyojları/sənədləri hazırlanmaq;
  • Memarlıq və mühəndislik cizgilərindən ibarət tam layihə paketinin hazırlanmasında iştirak etmək;
  • Layihənin tamamlanması zamanı düzgün təhvil-təslim sənədlərinin hazırlanmasını və dizaynın bağlanış mərhələsini təmin etmək;
  • İcarədarlar, subpodratçılar, operatorlar, investorlar və digər maraqlı tərəflərlə sahə və ofis görüşlərini təşkil və idarə etmək;
  • Layihə üzrə çalışan bütün maraqlı tərəflər arasında effektiv və işgüzar kommunikasiyanı qorumaq;
  • Davam edən fit-out layihələri üzrə iş qrafiklərini mütəmadi olaraq yeniləmək;
  • Tikinti sahəsində aparılan işlərə tam və mütəmadi nəzarət etmək;
  • Konstruktor, mexanika (MEP) və elektrik mütəxəssisləri ilə inteqrasiyalı koordinasiya yaratmaq;
  • Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

İş şəraiti

  • İş rejimi: 6 gün
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək

Tələblər

  • Ali təhsil (müvafiq sahədə);
  • Memar vəzifəsində iş təcrübəsi (minimum 3 il);
  • Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı
  • Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar