

22824 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı
İş haqqında
İşin təsviri
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memar vəzifəsində minimum 3–5 il peşəkar iş təcrübəsi;
- Yaşayış, kommersiya və çoxfunksiyalı obyektlərin layihələndirilməsi sahəsində təcrübə;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza mərhələləri barədə məlumatlılıq;
- AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarından istifadə bacarığı;
- Güclü analitik təfəkkür, yüksək məsuliyyət hissi, kollektivlə işləmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək əlavə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
- Yaşayış, kommersiya və müxtəlif təyinatlı obyektlər üçün memarlıq ideyalarının formalaşdırılması və layihə həllərinin təkmilləşdirilməsi;
- Eskiz, layihə və işçi sənədləşmə mərhələləri üzrə memarlıq materiallarının tərtib edilməsi və prosesin idarə olunması;
- Memarlıq planlarının, fasadların, kəsiklərin, konstruktiv detalların və spesifikasiyaların hazırlanması, həmçinin optimallaşdırılması;
- Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, normativ qaydalara, texniki standartlara və sifarişçinin irəli sürdüyü tələblərə uyğunluğunun təmin edilməsi;
- Şəhərsalma və Dövlət Ekspertizası orqanları ilə layihələrin razılaşdırılması işlərinin təşkili, normativ uyğunluğun yoxlanılması və aşkar edilən çatışmazlıqların layihələndirmə mərhələsində aradan qaldırılması;
- Memarlıq həllərinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələri ilə uzlaşdırılması;
- Sifarişçilər, podratçılar və layihə üzrə digər tərəfdaşlarla işgüzar müzakirələrin aparılması və layihə təqdimatlarının təşkili;
- Layihə sənədlərinin təyin olunmuş vaxt çərçivəsində və tələb olunan keyfiyyət meyarlarına uyğun hazırlanmasına nəzarət edilməsi;
- Tikinti mərhələsində müəllif nəzarətinin aparılması, layihə qərarlarının düzgün icrasının izlənilməsi və ortaya çıxan texniki problemlərin vaxtında həll edilməsi;
- Layihələrin təsdiq olunmuş iş qrafikinə, keyfiyyət göstəricilərinə və büdcəyə uyğun şəkildə həyata keçirilməsinin təmin edilməsi.
İş yeri: Ofis



