ARNE Group MMC

Memar-dizayner

ARNE Group MMC
2000 - 2500 ₼
927
Tam iş günü
Bakı, Azərbaycan
13/04/2026 - 27/04/2026

İş haqqında məlumat

  • Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
  • Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;
  • Memarlıq ölçülərinin qəqiq hazırlanması;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
  • Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması.

İş şəraiti: 

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Tələblər

  • Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir);
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
  • AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq;   
  • Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar