Bakı,
Azərbaycan
20.08.2025 03:29
-
20.09.2025 12:00
İş haqqında məlumat
- Tələbələrin tədris prosesinə nəzarət etmək;
- Təhsil sahəsindəki xidmətləri tələbələrə tanıtmaq və satışını həyata keçirmək;
- Tədris prosesini dəstəkləyən inzibati işləri koordinasiya etmək;
- Telefon zəngləri və ofis müraciətləri ilə aktiv şəkildə işləmək;
- Rəhbərliyə aylıq hesabatlar təqdim etmək;
- Elektron formada müraciət etmiş tələbələrə və valideynlərə zəng edərək ətraflı məlumat vermək və onları cəlb etmək;
- Müəllim və tələbələr arasında düzgün koordinasiyanı təmin etmək;
- İmtahan prosesinə nəzarət etmək.
Karyera imkanları və təminatlar:
- Korporativ nömrə və telefon təmin olunur;
- Şirkət əmək münasibətləri çərçivəsində artan əmək haqqı və karyera inkişafı imkanı yaradır.
Əmək şəraiti:
- Ünvan: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir;
- İş günləri: Həftə içi 5 gün, şənbə günü isə qısaldılmış iş günü;
- Sənədləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə aparılır.
Gizlilik təminatı:
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları və müraciətləri 3-cü şəxslərlə paylaşılmır.
Müraciət qaydaları:
- Vakansiyaya uyğun namizədlər aşağıdakı “Müraciət et” düyməsi vasitəsilə və ya [email protected] e-mail ünvanına CV göndərməklə müraciət edə bilərlər.
- Yalnız tələblərə cavab verən namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.
- Müsahibə mərhələsinə dəvət alan namizədlər üçün ünvan: Bakı şəhəri, Mətbuat prospekti 31
Tələblər
- Ali təhsil (Magistratura təhsili üstünlük sayılır);
- Yalnız xanım namizədlər;
- Satış sahəsində və müştəri xidmətlərində minimum 1 il iş təcrübəsi;
- Komandada işləmək bacarığı;
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və çalışqan olmaq;
- İş vaxtı tam ştat olduğu üçün hazırda təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil;
- Səliqəli, punktual və xoş görünüşlü olmaq.