Tamstore

MEP üzrə mühəndis

Tamstore
Ə/h razılaşma ilə
688
Tam iş günü
Bakı, Azərbaycan
26/01/2026 - 09/02/2026

İş haqqında məlumat

  • Retail obyektləri üzrə MEP işçi layihələrinin (HVAC, elektrik, santexnika, zəif axın) hazırlanması;
  • Yeni obyektlərin açılışı, renovasiya və modernizasiya üzrə CAPEX layihələrinin planlanması və icrası;
  • Layihələrin texniki və iqtisadi baxımdan optimallaşdırılması (value engineering);
  • AutoCAD (və ya Revit) üzərindən işçi çertyojların, sxemlərin və texniki həllərin hazırlanması;
  • Layihə üzrə BOQ, smeta və investisiya büdcəsinin hazırlanması, xərc və müddət nəzarəti;
  • Podratçı və subpodratçılar üçün texniki tapşırıqların hazırlanması və koordinasiyası;
  • Sahədə icra olunan işlərin işçi layihələrə, texniki şərtlərə və normativlərə uyğunluğuna nəzarət;
  • Layihə dəyişikliklərinin (variation) texniki və maliyyə təsirinin təhlili;
  • Texniki hesabatların, icra sənədlərinin və CAPEX üzrə aylıq hesabatların hazırlanması;
  • Obyektlərin təhvil-təslimi və istismara hazırlıq mərhələsində iştirak;
  • Uzunmüddətli istismar və OPEX xərclərinin azaldılmasına yönəlik texniki həllərin tətbiqi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • HVAC, elektrik və santexnika sistemləri üzrə dərin texniki biliklər;
  • Layihə oxuma, shop drawing və texniki sənədlərlə sərbəst işləmə bacarığı;
  • Büdcə planlaması, BOQ, smeta və xərc nəzarəti üzrə biliklər;
  • MEP işçi layihələrinin hazırlanması üzrə praktik təcrübə (mütləqdir);
  • Texniki normativlər və standartlar (SNİP, EN, ISO və s.) barədə anlayış;
  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı (Revit biliyi üstünlükdür);
  • Analitik düşüncə, planlama və məsuliyyətli qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (Mexanika, Elektrik və ya əlaqəli mühəndislik ixtisası üzrə);
  • Avtomobil olması üstünlükdür
  • Retail və ya kommersiya obyektləri üzrə MEP layihələri və CAPEX işlərində minimum 3–5 il təcrübə;
  • Şəxsi avtomobilinin olması;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.