Bakı,
Azərbaycan
20/04/2026
-
04/05/2026
İş haqqında məlumat
- Bina və tikinti layihələri üzrə MEP sistemlərinin (HVAC, elektrik və santexnika) layihələndirilməsi və tətbiqinə nəzarət;
- HVAC sistemləri (isitmə, soyutma, havalandırma) üzrə texniki həllərin hazırlanması və optimallaşdırılması;
- Elektrik sistemlərinin (işıqlandırma, güc paylanması, zəif cərəyan sistemləri) layihələndirilməsi və yoxlanılması;
- Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin texniki dizaynının hazırlanması;
- Layihə üzrə AutoCAD və digər proqramlarda texniki çertyojların hazırlanması və yenilənməsi;
- Layihələrin yerli və beynəlxalq standartlara (SNIP, NFPA, IEC və s.) uyğunluğunun təmin edilməsi;
- Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya və clash detection prosesinin aparılması;
- Tikinti sahəsində görülən işlərin layihəyə uyğunluğuna texniki nəzarət və monitorinq;
- Podratçı və subpodratçıların işinin qiymətləndirilməsi və yönləndirilməsi;
- Texniki problemlərin analizi və operativ həll yollarının təqdim edilməsi;
- Layihə üzrə material və avadanlıqların seçilməsi, texniki spesifikasiyaların hazırlanması;
- İş qrafiklərinin izlənməsi və layihənin vaxtında icrasına nəzarət;
- Texniki hesabatların, aktların və digər sənədlərin hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Enerji səmərəliliyi və sistemlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi.
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş rejimi: 5 günlük iş qrafiki
- İş yeri: Melissa Group (Baş ofis)
Tələblər
- Ali təhsil (Mexanika, Energetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə)
- MEP mühəndis və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
- HVAC, elektrik və santexnika sistemləri üzrə praktiki və texniki biliklər
- AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı
- Layihə sənədlərinin oxunması və hazırlanması bacarığı
- Yerli və beynəlxalq standartlar üzrə biliklər
- Texniki problemləri analiz edib həll etmə qabiliyyəti
- Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları
- Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmə bacarığı