Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- Mexaniki (HVAC), elektrik, zəif axın sistemləri və santexnika işləri üzrə ilkin, işçi və icra smetalarını hazırlamaq
- MEP layihə çertyojları və texniki spesifikasiyalar əsasında iş həcmlərini hesablamaq
- Tender sənədləri üçün MEP smeta və maliyyə hissəsini vaxtında təqdim etmək
- Dəyişiklik əmrləri (Variation Orders) üzrə əlavə MEP işlərinin smeta hesablamalarını aparmaq
- MEP smeta hesablamalarının normativlərə, texniki tapşırıqlara və layihə həllərinə uyğunluğunu təmin etmək
- MEP üzrə podratçı smetalarının yoxlanılması və əsaslandırılmış rəy verilməsi
- Layihə müdirləri, MEP mühəndisləri və kommersiya şöbəsi ilə koordinasiyalı işləmək
- MEP işləri üzrə xərclərin optimallaşdırılması ilə bağlı təkliflər vermək
- Smeta sənədlərinin vaxtında hazırlanmasını və təqdim olunmasını təmin etmək
- Şirkətin daxili qayda, prosedur və maliyyə siyasətlərinə riayət etmək
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək
Funksiyalar
- Mexaniki, elektrik və santexnika (MEP) işləri üzrə smeta sənədlərinin hazırlanması
- MEP layihələri üzrə iş həcmlərinin hesablanması və qiymətləndirilməsi
- Tender və müqavilə mərhələləri üçün MEP smeta hesablamalarının aparılması
- Layihə dəyişiklikləri üzrə əlavə və korrektə MEP smetalarının hazırlanması
- MEP işləri üzrə material, avadanlıq və işçilik xərclərinin müəyyən edilməsi
- MEP sistemləri üzrə normativlərin və bazar qiymətlərinin təhlil edilməsi
- MEP üzrə podratçı və təchizatçıların smeta və qiymət təkliflərinin yoxlanılması
- Layihələr üzrə faktiki və planlaşdırılmış MEP xərclərinin müqayisəli təhlili
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Sea Breez ərazisində yerləşir.
Tələblər
- Ali təhsil (tikinti və ya əlaqəli sahələr üzrə);
- Smeta və Mep Smeta sahəsində minimum 3–4 il iş təcrübəsi;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.