Bakı,
Azərbaycan
26/12/2025
-
26/01/2026
İş haqqında məlumat
- Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək;
- Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək;
- Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;
- Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq;
- Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;
- Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək;
- Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək;
- Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək;
- Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
- Əmək haqqı:800 AZN
- İş qrafiki:I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar
- İş yeri:H. Əliyev pr. 152, Çinar Plaza
Tələblər
- Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
- Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı;
- Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;
- Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti;
- Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq.
Uyğun namizədlər CV-lərini [email protected] poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.