Bakı,
Azərbaycan
24/08/2026
-
24/09/2026
İş haqqında məlumat
Şirkət: My Group Holdinq (My Grocery MMC)
1. Vəzifə öhdəlikləri:
- Məhsulların satış nöqtələrində müəyyən edilmiş standartlara uyğun şəkildə vitrin və rəflərdə yerləşdirilməsini təmin etmək;
- Məhsulların düzgün kateqoriyalaşdırılması və rəf/vitrin görünüşünə nəzarət etmək;
- Məhsulların stok vəziyyətini, qiymətlərini və satışa yararlılığını mütəmadi yoxlamaq;
- Məhsulların düzgün və cəlbedici təqdimatını təmin etmək;
- Aksiya və kampaniyaların satış nöqtələrində müəyyən edilmiş standartlara uyğun tətbiqinə nəzarət etmək;
- Satış nöqtələrində yaranan problemlər və uyğunsuzluqlar barədə rəhbərliyə operativ məlumat vermək;
- Rəqiblərin məhsul, qiymət və təqdimat vəziyyətini müşahidə etmək və məlumatları rəhbərliyə təqdim etmək;
- Təhkim olunmuş mağazalara müəyyən edilmiş qrafik üzrə mütəmadi səfərlər etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- Əmək haqqı: 900 AZN
- İş qrafiki: 5 günlük
- Ərazi: Əhmədli qəs., Günəşli qəsəbəsi, 8-ci kilometr qəs., Xalqlar Dostluğu ərazisi və Bakı kəndləri.
Tələblər
- Orta ixtisas və ya ali təhsil;
- Merçendayzinq və ya satış sahəsində 1–2 il iş təcrübəsi;
- MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
- Məhsulların sərgilənməsi və vitrin düzülüşü prinsipləri barədə anlayış;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
- Dinamik və sahə işinə uyğunlaşa bilmək;
- İş intizamına riayət etmək.