İş haqqında məlumat
• Məhsulların satış nöqtələrində müəyyən edilmiş standartlara uyğun şəkildə vitrin və rəflərdə yerləşdirilməsini təmin etmək;
• Məhsulların düzgün kateqoriyalaşdırılması və rəf/vitrin görünüşünə nəzarət etmək;
• Məhsulların stok vəziyyətini, qiymətlərini və satışa yararlılığını mütəmadi yoxlamaq;
• Məhsulların düzgün və cəlbedici təqdimatını təmin etmək;
• Aksiya və kampaniyaların satış nöqtələrində müəyyən edilmiş standartlara uyğun tətbiqinə nəzarət etmək;
• Satış nöqtələrində yaranan problemlər və uyğunsuzluqlar barədə rəhbərliyə operativ məlumat vermək;
• Rəqiblərin məhsul, qiymət və təqdimat vəziyyətini müşahidə etmək və məlumatları rəhbərliyə təqdim etmək;
• Təhkim olunmuş mağazalara müəyyən edilmiş qrafik üzrə mütəmadi səfərlər etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əmək haqqı: 900 AZN
İş qrafiki: 5 günlük
Ərazi: Əhmədli qəs., Günəşli qəsəbəsi, 8-ci kilometr qəs., Xalqlar Dostluğu ərazisi və Bakı kəndləri.
Tələblər
• Orta ixtisas və ya ali təhsil;
• Merçendayzinq və ya satış sahəsində 1–2 il iş təcrübəsi;
• MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
• Məhsulların sərgilənməsi və vitrin düzülüşü prinsipləri barədə anlayış;
• Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
• Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
• Dinamik və sahə işinə uyğunlaşa bilmək;
• İş intizamına riayət etmək.
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.