Bakı,
Azərbaycan
23/07/2026
-
06/08/2026
İş haqqında məlumat
- İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
- Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən komandamıza Mərkəzi Anbar Koordinatoru axtarır.
Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarda mal-material və hazır məhsulların hərəkətinin koordinasiyasını təmin etmək;
- Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu nəzarətdə saxlamaq;
- İstehsalat, satınalma, logistika və satış şöbələri ilə operativ koordinasiyanı həyata keçirmək;
- Məhsul qalıqlarını gündəlik izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq;
- Mikro proqramında anbar əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək;
- Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
- İnventarizasiya proseslərində iştirak etmək;
- Anbar sahələrinin səmərəli istifadəsini və məhsulların düzgün yerləşdirilməsini təşkil etmək;
- Yükləmə və boşaltma proseslərinin koordinasiyasını həyata keçirmək;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
İş şəraiti:
- Əmək haqqı: 800 – 1200 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə təqdim olunur;
- Servis xidməti şirkət tərəfindən təmin edilir;
Tələblər
- Ali təhsil;
- Anbar, logistika və ya istehsalat sahəsində 1-3 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Mikro proqramı ilə işləmə bacarığı üstünlükdür;
- Analitik düşüncə və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun