Crystal Group

Mərkəzi Maliyyə və Mühasibat Uçotu Şöbəsinin Müdiri

Crystal Group
Ə/h razılaşma ilə
2430
Tam iş günü
Bakı, Azərbaycan
15.08.2025 02:36 - 15.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin maliyyə siyasətinin hazırlanması və icrasına nəzarət;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) vaxtında və dəqiq hazırlanması;
  • Mühasibat uçotunun beynəlxalq standartlara (IFRS) uyğun aparılmasına nəzarət;
  • Büdcənin hazırlanması və ona nəzarət edilməsi;
  • Şirkətin xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması üçün təkliflərin hazırlanması;
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət;
  • Audit yoxlamalarında aktiv iştirak;
  • Komandanın idarə edilməsi, onların peşəkar inkişafına dəstək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00;
  • Nahar: 12:00-13:00;
  • İstirahət günləri: şənbə, bazar.

Bu vəzifəyə marağı olan şəxslərdən öz CV-lərini mövzu hissəsində Mərkəzi Maliyyə və Mühasibat Uçotu Şöbəsinin Müdiri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən az 5 il rəhbər vəzifədə iş təcrübəsi;
  • Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA DipIFR kimi beynəlxalq sertifikatın olması mütləqdir;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin biliklər;
  • Yerli vergi qanunvericiliyi haqqında dərin biliklər;
  • Yüksək səviyyədə analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır);
  • Mühasibat proqramı 1C ilə işləmə təcrübəsi;
  • Microsoft Office proqramlarından (xüsusilə Excel) sərbəst istifadə.


Oxşar vakansiyalar