Pilgrim Education

Məsləhətçi (Xaricdə Təhsil üzrə Konsultant)

Pilgrim Education
400 - 1000 ₼
2629
Tam iş günü
Bakı, Azərbaycan
23.10.2025 02:53 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • Potensial müştərilərlə üzbəüz və ya onlayn konsultasiyalar keçirmək;
  • Xaricdə təhsil proqramları, universitetlər və təqaüd imkanları haqqında ətraflı məlumat vermək;
  • Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulması və saxlanılması üçün davamlı kommunikasiyanın təşkili;
  • Müştəri sorğularını operativ cavablandırmaq, narahatlıqları və problemləri həll etmək;
  • Müştərilərə təqdim edilən məlumatların düzgün və aktual olması üçün daxili komandalarla koordinasiyalı işləmək;
  • Xaricdə Təhsil Departamenti üçün konsultasiya strategiyalarının hazırlanmasında rəhbərliklə əməkdaşlıq etmək;
  • Pilgrim Education-ı təmsil etmək üçün təhsil sərgiləri, seminarlar və şəbəkələşmə tədbirlərində aktiv iştirak etmək.

Pilgrim Education sizə təklif edir:

  • Rahat və müasir iş mühiti;
  • Xaricdə təhsil sahəsində dəyərli təcrübə və inkişaf perspektivləri;
  • Yaxşı motivasiyaedici əmək haqqı və bonus sistemi;
  • Peşəkar və dəstəkləyici komanda;
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı.

Maaş:

Sabit (400-1000AZN) aylıq əmək haqqı (müsahibənin nəticələrinə əsasən razılaşdırılır)

Əgər siz insanlara yardım etməkdən zövq alırsınız, beynəlxalq təhsil sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə və dinamik mühitdə çalışmaq sizin üçün motivasiyadırsa – sizi komandamıza qoşulmağa dəvət edirik!

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində qeyd edin: Məsləhətçi vakansiyası.

Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi minimum);
  • Təhsil, müştəri xidməti və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür);
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);
  • Dinləmə və empatiya bacarıqları – müştəri ehtiyaclarını düzgün anlamaq qabiliyyəti;
  • Sürətli öyrənmək, detallara diqqətli olmaq və təşəbbüskar davranmaq;
  • Google Workspace, Microsoft Office və CRM sistemləri ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək və sərt son tarixlərdə fəaliyyət göstərmək bacarığı.