Bakı,
Azərbaycan
19/05/2026
-
02/06/2026
İş haqqında məlumat
- Metal konstruksiya layihələrinin hazırlanması və optimallaşdırılması
- Layihə üzrə texniki çertyojların və işçi sənədlərin işlənməsi
- Konstruksiyaların möhkəmlik, dayanıqlıq və yük hesablamalarının aparılması
- İstehsal və montaj proseslərinə texniki nəzarətin həyata keçirilməsi
- Material spesifikasiyalarının və sərfiyyat cədvəllərinin hazırlanması
- Layihələrin tikinti norma və standartlarına uyğunluğunun təmin edilməsi
- Texniki hesabatların və icra sənədlərinin hazırlanması
- Layihə komandası, sifarişçi və istehsalat heyəti ilə koordinasiyalı işin aparılması
- Mövcud metal konstruksiyaların texniki vəziyyətinin qiymətləndirilməsi
İş şəraiti
- İş qrafiki: Tam iş günü (5/2)
- İş yeri: Bakı şəhəri, Badamdar şosesi
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Stabil və dinamik iş mühiti
Tələblər
- İnşaat mühəndisliyi, sənaye və mülki tikinti və ya əlaqəli sahə üzrə ali təhsil
- Metal konstruksiya sahəsində minimum 2-3 il iş təcrübəsi
- AutoCAD proqramını yüksək səviyyədə bilmək
- Tekla Structures proqramında işləmə bacarığı üstünlükdür
- SAP2000, ETABS və ya digər hesablama proqramları üzrə bilik
- Tikinti norma və standartları üzrə biliklər
- Texniki sənədlərlə işləmə bacarığı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.