Bakı,
Azərbaycan
08.02.2023 18:34
-
10.03.2023 18:34
İş haqqında məlumat
- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən metal konstruksiya qaynağı işlərini həyata keçirmək;
- Müvafiq qaynaq sertifikatı;
- Polad lövhə və profillərdə flüslü elektrod məftili ilə qoruyucu qaz mühitində yarımavtomat qaynağının yerinə yetirilməsi;
- Sahə ilə bağlı qaynaq aparatlarının və əl alətlərinin peşəkar səviyyədə istifadə edilməsi;
- Qaynaq sonrası tikişlərin təmizlənməsi və qüsurlar zamanı təmir işinin aparılması;
- Zavodun təhlükəsizlik qaydalarına və bu yöndə öhdəliyə riayət etməli;
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı;
- Verilən tapşırıqları vaxtında, təhlükəsiz və keyfiyyətlə yerinə yetirməli;
- İş qrafiki: 5 gün;
- İş saatı: 08:00-dan 17:00-dək;
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır;
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
- Sığorta təminatları təmin edilir.
Tələblər
- Təhsil: Orta və ya müvafiq peşə təhsili;
- Təcrübə: Ağır sənayedə 2 ildən yuxarı peşə təcrübəsi;
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı;
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı;
- Dəyişən və sabit cərəyanla qaynağın va elektrik qövsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı;
- Sürət, gərginlik və amper tənzimləməyi, qaynaq zamanı problemləri müəyyənləşdirməyi bacarmalı;
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının, avtomatların və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli;
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli.
Elanın müddəti bitmişdir