Bakı,
Azərbaycan
02/10/2026
-
16/10/2026
İş haqqında məlumat
Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq *Metal Konstruksiya üzrə Mühəndis* axtarır.
Vəzifə öhdəlikləri
- Metal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
- Metal konstruksiyaların texniki və konstruktiv hesablamalarını aparmaq;
- Metal konstruksiya üzrə işçi çertyojların və texniki sənədlərin hazırlanmasını təmin etmək;
- Layihə çertyojlarını təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək;
- Metal konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək;
- İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq;
- Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və konstruktiv həllər təqdim etmək;
- Sütun, tir, ferma, proqon, karniz, navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək;
- Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
- Metal konstruksiyaların ölçülərinin, oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək;
- Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət etmək;
- Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı işləmək;
- Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya aparmaq;
- Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Aşkar edilmiş texniki uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək.
Tələblər
- İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Metal konstruksiyalar üzrə minimum *2 il iş təcrübəsi*;
- Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki bilik;
- İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə bacarığı;
- AutoCAD proqramında sərbəst işləmək;
- Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla işləmək bacarığı üstünlükdür;
- Metal konstruksiyalarda qaynaq və bolt birləşmələri barədə praktiki bilik;
- Metal profillər, material markaları və konstruktiv elementlər üzrə bilik;
- Tikinti norma və standartları barədə məlumatlı olmaq;
- MS Office, xüsusilə *Excel və Word* proqramlarında işləmək bacarığı;
- Texniki hesabat və spesifikasiyalar hazırlamaq bacarığı;
- Analitik düşüncə və texniki problemləri operativ həll etmək qabiliyyəti;
- Tikinti sahəsində işləməyə və mütəmadi sahə baxışlarında iştirak etməyə hazır olmaq;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.
İş şərtləri
- İş rejimi: Tam iş günü
- İş yeri: Bakı şəhəri / tikinti layihələri
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Böyükhəcmli tikinti layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti;