

Mətbuat sektoru–Mütəxəssis - dizayner
Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
1708
Tam iş günü
Bakı,
Azərbaycan
17.06.2025 09:54
-
17.07.2025 12:00
İş haqqında məlumat
- Agentliyin daxili və xarici sənədlərində brend qaydalarına əməl olunmasına diqqət yetirir, pozuntu halları aşkarladıqda sektor müdirinə bu barədə məlumat verməklə müvafiq düzəlişi edir;
- Müxtəlif xarakterli mətn, sual-cavab və s. kimi maarifləndirici və məlumatlandırıcı məzmunlar üçün illüstrasiyalar, qrafiklər hazırlayır;
- Əlamətdar günlər və tarixlərlə bağlı sosial media postlarının, təbrik açıqcalarının (yaradıcı yanaşma nümayiş etdirməklə) dizaynlarının hazırlanmasını təmin edir;
- Agentliyin fəaliyyəti barədə müxtəlif məlumatlandırıcı məzmunlar hazırlayır;
- Vətəndaşları məlumatlandırmağı hədəfləyən informativ videoçarxlar və illüstrasiyalar hazırlayır;
- Agentliyin çap məhsullarının brend qaydalarına uyğun olmasına nəzarət edir, uyğun olmadıqda qaydalara əsasən dəyişiklikləri edir;
- Agentliyin fəaliyyət istiqamətlərinə aid şablon tipli (sosial media postları, ikonlar, qrafik elementlər, təqdimatlar və s.) fayllar hazırlayır;
- Təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
- Agentliyin fəaliyyəti ilə bağlı korporativ və promo materialların ( çap materialları ) dizayn işlərini yerinə yetirir;
- Təqdimatların brend qaydalarına uyğun hazırlanmasında iştirak edir;
- Tədbir və görüşlərdə foto və videoçəkilişlərin aparılmasını təmin edir;
- Vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- Sektor müdirinin tapşırığı əsasında Agentliyin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaların rəsmi internet səhifəsində yerləşdirilməsini və onun daimi yenilənməsini təmin edir;
- İclaslar, vebinarlar, konfranslar və s. tədbirlərə dair press-relizlərin qrafik hissəsini tərtib edir;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların vizual illüstrasiyalarının hazırlanmasını təmin edir;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Tələblər
- Qrafik dizayn üzrə ali təhsil;
- İxtisas profilinə uyğun 3 il iş təcrübəsi;
- Qrafik dizayn, 2D və 3D animasiya və foto, video redaktəsi üzrə proqram bilikləri;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili və rus dili arzuolunandır;
- Yaş həddi 25-35 aralığı.