İş haqqında məlumat
“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində 6 aylıq ödənişli təcrübə proqramı elan edir!
Gələcəyin şəhər nəqliyyatını quran metro mühəndislərindən biri sən ol!!
Metro Engineer proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək, metro sistemlərinin istismar və texniki xidmət proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.
Sizi hansı öhdəliklər gözləyir?
- Metro infrastrukturunun illik və aylıq plan qrafiklərinin və plan qrafikinə əsasən icra olunan işlərin icra statusununun yoxlanılması, strukurların illik satınalma planlarının hazılanmasına nəzarət və yoxlanması;
- Texniki pasportların və birxətli sxemlərin yenidən işlənilməsi;
- İş həcmlərinin yoxlanılması, sahələrə mühəndis-texniki nəzarət;
- Nasazlıqların statistik təhlili, material sərfiyyatı normalarının işlənməsi və yoxlanılması.
Proqram sizə nə qazandıracaq?
- 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə aylıq əməkhaqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:
- Metro sistemlərinin istismarı və texniki xidməti
- Elektrik, elektromexanika və mexaniki sistemlərin iş prinsipləri
- Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq
- Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları
Seçim prosesi necə aparılır?
- İlkin müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
- Yekun müsahibə
Metropoliten sizə nə vəd edir?
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
- Ekspertlərlə “networking” və praktiki biliklər
- Karyera imkanları
Tələblər
- Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
- Minimum GPA: 80/100;
- İngilis dili biliyinin olması arzuolunandır;
- Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
- Microsoft Office
Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:
- Elektrik və elekronika mühəndisliyi
- Elektrotexnika və elektromexanika
- Mexanika mühəndisliyi
- Nəqliyyat mühəndisliyi
- Avtomatika və idarəetmə
- Telekommunikasiya / Rabitə mühəndisliyi
Tələb olunan texniki biliklər:
Yol və tunel qurğuları üzrə:
- Riyaziyyat və Geodeziya
- Mexanika və Materiallar müqaviməti
- Mühəndis qrafikası
Elektrik təchizatı üzrə:
- Elektrik maşınları
- Elektroenergetika,
- Elektrik təchizatı sistemləri
Elektromexanika üzrə:
- Elektrik maşınları
- İstilik energetikası
- Hidravlika və pnevmatika.
- Fizika və Maşın mühəndisliyi
İşarəvermə və rabitə üzrə:
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- Radiotexnika və telekommunikasiya
- İnformasiya təhlükəsizliyi, Elektronika.
Qatarların təmiri üzrə:
- Mexanika və texnoloji maşınlar
- Maşın mühəndisliyi
- Elektrik mühəndisliyi
- Avtomatika və idarəetmə
- Dəmir yolu nəqliyyatı mühəndisliyi
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.